Mərakeşdə dəhşətli zəlzələ: ölənlərin sayı artdı

Mərakeşdə güclü zəlzələ nəticəsində ölənlərin sayı 1 305 nəfərə çatıb.

***

Mərakeşdə zəlzələdə ölənləri sayı 1000-i keçib, 1200-dən çox yaralı var.

Globalinfo.az xəbər verir ki, Mərakeş Krallığının televiziyası zəlzələdə 1037 nəfərin həyatını itirdiyi, 1204 nəfərin yaralandığı barədə məlumat yayıb.

Axtarış-xilasetmə işləri davam etdirilir.

***14:24

Mərakeşdə zəlzələdə ölənlərin sayı 820-yə çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “France24“ Mərakeşin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb. Azı 672 nəfər yaralı olduğu bildirilib.

***10:54

Mərakeşdə zəlzələdə ölənlərin sayı 632-yə çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.

***09:12

Mərakeşdə baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 290 nəfəri ötüb, 153 şəxs yaralanıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Krallığın Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.

Mənbənin sözlərinə görə, həlak olan 296 nəfərin 73-ü Mərakeş yaxınlığındakı Əl-Həuz əyalətində yaşayırmış. Zərər çəkmiş ərazilərdə elektrik enerjisi və mobil rabitə ilə bağlı ciddi problemlər yaranıb.

Mərakeş şəhərindən 72 kilometr qərbdə 6,9 bal gücündə baş verən zəlzələ ətraf şəhərlərdə, o cümlədən Aqadir, Kasablanka, Kenitra, Rabbat, Essauirada da hiss olunub.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, 120 ildən çox müddətdə bölgədə bu şiddətdə zəlzələ baş verməyib.