Mərakeş zəlzələsi: ölənlərin sayı artdı

Mərakeşdə zəlzələ nəticəsində ölənlərin sayı 2901-ə çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Mərakeş Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təbii fəlakət nəticəsində azı 5530 nəfər xəsarət alıb.

Qeyd edək ki, sentyabrın 8-i Mərakeşdə 7 maqnitudalı zəlzələ baş verib.