WhatsApp Image 2026 05 22 at 11.39.34

“Məqsədə çatmağa çalışarkən insanın “sağ qalma rejimində” yaşaması və sağlamlığını ikinci plana atması çox yayılmış haldır. Kömək istəməkdən çəkinməyin”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirdə mənzil hüquqları müdafiəçisi Elizabet Berd deyib.

O bildirib ki, günümüz problemlərindən biri daimi yaşayış yeri tapa bilməməkdir:

“Müvəqqəti sığınacaqlarda ailələrə adətən cəmi üç ay vaxt verilir ki, özlərinə mənzil tapsınlar. Mən də ailəm üçün mənzil tapa bilmədiyimə görə sığınacaq əməkdaşları, sosial işçilər və rəhbərlik tərəfindən müxtəlif təzyiqlərlə də üzləşirəm. Sabah isə daha çətin olacaq. Çünki kiçik oğlum və qızım aylıq nevroloq müayinəsinə gedəcəklər, daha sonra isə pediatr qəbuluna yazılıblar. Mən isə həkim qəbulunda gözləyərkən belə telefonumdan yeni mənzil elanlarına baxacaq, yeni müraciətlər göndərəcəyəm.

İndiyədək doqquz dəfə rədd cavabı almışam və yalnız bir müsbət cavab əldə etmişəm. Üstəlik, müvəqqəti sığınacaqda qalmağa davam etmək üçün həftədə ən azı 10 mənzilə baxmağım tələb olunur”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: