Mənsum İbrahimov qəzadan danışdı: “Təəssüf ki…”

“Qardaşım şəhid oğlunun ildönümünə görə ailəsi ilə rayona gedirdi, qəza da həmin vaxt baş verib”.

Bu sözləri Globalinfo.az-a Xalq artisti Mənsum İbrahimov qardaşı Zülfüqar İbrahimovun qəzaya düşməsi haqda danışarkən deyib.

“Qarşısına anidən başqa bir avtomobil çıxıb, qardaşım idarəetməni itirib, nəticədə maşın aşıb. Avtomobildə qayınanası, xanımı və övladları da olub. Təəssüf ki, şəhidimizin nənəsi vəfat edib, qardaşım və ailəsi müəyyən xəsarət alıblar. Hazırda müalicələri evdə həkim nəzarəti altında davam etdirilir”.

Qeyd edək ki, Zülfüqar İbrahimov Vətən müharibəsi şəhidi İsrafil İbrahimovun atasıdır.

Zaira Akifqızı
Globalinfo.az