Mənfi qan qrupu olanlar yadplanetlilərin nəsilləridir

Yer kürəsində kosmik genomlu yadplanetlilərin nəsillərinin yaşadığı, onlar planetimizin əhalisinin yalnız 15-20 faizini təşkil etdiyi iddia edilib.

Globalinfo.az xarici mediada istinadən xəbər verir ki, elm aləmində aparılan araşdırma nəticəsində maraqlı məlumatlar əldə olunub.

Məlumatda qeyd olunub ki, əsas Rh faktorudur. Belə insanlar mənfi qan qrupuna məxsus olurlar. O şəxslərdə təkcə Rh geni deyil, həm də onunla əlaqəli zülallar yoxdur.

Alimlərin fikrincə mənfi rezuslu qan qrupuna malik ilk nümayəndələr Yer üzündə təxminən 35 min il əvvəl meydana çıxıb.

Bəs mənfi Rh faktoru haradan gəlib? – Bu sual alimləri çox düşündürür.

ABŞ-ın tanınmış tədqiqatçısı Bred Steiger mənfi rezuslu insanların yadplanetlilərin nəslindən ola biləcəyini irəli sürüb. Onun fikri mənfi rezusun yerüstü mənşəyi ilə bağlı inandırıcı elmi sübutların olmaması ilə təsdiqlənir.

Qeyd edilir ki, qədim dövrlərdə yadplanetlilərin Yer kürəsini ziyarət edərək ibtidai insanların genetik materialı üzərində təcrübə apararaq onları daha intellektli etdiklərinə dair nəzəriyyələr var. “Bu məqsədlər üçün yadplanetlilər onların qanından istifadə etmiş ola bilər ki, bu da mənfi Rh faktoru olan insanların yaranmasına səbəb olub”, – deyə ehtimal edilir.

Globalinfo.az