pasinyan

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, o və Azərbaycan Prezidenti İlham Əliyev “Zayed İnsan Qardaşlığı” mükafatına layiq görüldüklərinə görə pul mükafatı alacaqlar.

Globalinfo.az xəbər verir ki, onun sözlərinə görə, mükafatın ümumi məbləği 1 milyon ABŞ dollarıdır.

“Bu vəsait bərabər şəkildə bölünəcək. Yəni hər bir mükafat sahibinə 500 min dollar düşəcək”, – baş nazir bildirib.

Paşinyan qeyd edib ki, vəsait hələ köçürülməyib, lakin ödənişlərin həyata keçiriləcəyinə əmindir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: