diddi

Məşhur reper və prodüser Şon Kombsun (P. Diddi) həbs cəzasına yenidən baxılmasını istəyib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Variety” məlumat yayıb.

Sənətçinin vəkilləri təcili apelyasiya şikayəti veriblər.

“P. Diddinin sözlərinə görə, hakim həddindən artıq sərt olub və hökmündə səhvə yol verib. Onun vəkilləri qeyd edirlər ki, oxşar cinayətlərdə ittiham olunanlar adətən 15 aya qədər həbs cəzası alsalar da, sənətçi 50 aya qədər həbs cəzasına məhkum edilib”, – deyə bildirilib.

Xatırladaq ki, oktyabr ayında məhkəmə P. Diddini 50 ay həbs cəzasına məhkum edib. Məhkəmə sənətçini insanları fahişəliyə cəlb etməkdə günahkar bilib, lakin ona ən ağır ittihamlardan – reketçilik və cinsi istismar məqsədilə insan alveri ittihamlarından bəraət qazandırıb.

Günel Cəlil
Globalinfo.az

Paylaş: