Peskov Navka

Kremlin mətbuat katibi Dmitri Peskov həyat yoldaşının ondan çox qazandığını deyib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə “Birinci Kanal”da yayımlanan sənədli filmində danışıb.

Belə ki, Peskova həyat yoldaşının ondan çox qazanıb-qazanmaması ilə bağlı sual ünvanlanıb.

Kremlin sözçüsü buna müsbət cavab verib.

Qeyd edək ki, Dmitri Peskov və buz rəqsi üzrə olimpiya çempionu Tatyana Navka 2015-ci ilin yayında evləniblər.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: