64463348402f264463348402f3168232224864463348402f064463348402f1

“Bona Dea” xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən 86 yaşlı şair Məmməd İsmayıl palataya köçürülüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Teleqraf-a xəstəxanadan məlumat verilib.

Qeyd edilib ki, Məmməd İsmayıl bu gün saat 12:00-da palataya yerləşdirilib. Onun müalicəsi davam etdirilir.

***15:41

Şair, professor Məmməd İsmayıl “Bona Dea” Hospitalının Reanimasiya şöbəsinə yerləşdirilib.

Globalinfo.az bildirir ki, bu barədə APA-ya şairin qızı məlumat verib.

O bildirib ki, dörd gündür xəstəxanaya yerləşdirilən Məmməd İsmayılın vəziyyəti dünən axşam ani olaraq ağırlaşıb:

“Ara-sıra xəstəxanaya aparırdıq. Son 4 gün burada oldu. Dünən axşam isə vəziyyəti ağırlaşdı, reanimasiyaya yerləşdirdilər. Həkimlər vəziyyətin olduqca ciddi olduğu deyirlər”.

Qeyd edək ki, Məmməd İsmayıl bir neçə ildir müxtəlif xəstəliklərdən əziyyət çəkir. Ötən ildən sağlamlığındakı problemlər ciddiləşib və Heydər Əliyev Fondu onun müalicəsini öz üzərinə götürüb.

Paylaş: