Məmməd İsmayıl şeir müsabiqəsinin mükafatları açıqlandı – FOTO

“Güfte Edebiyat” Beynəlxalq Prof. Dr. Məmməd İsmayıl şeir müsabiqəsinin mükafatları elan edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur İbrahimova məlumat verib və müsabiqənin şərtlərini açıqlayıb.

O, bildirib ki, Beynəlxalq Prof. Dr. Məmməd İsmayıl şeir müsabiqəsi ildə bir dəfə elan edilən tarixlərdə “Güste edebiyat” mədəniyyət, sənət və ədəbiyyat dərgisi tərəfindən türk dünyasının böyük şairi Prof. Dr. Məmməd İsmayıl adına böyük şairin də fikir dünyasının bünövrəsi olan ortaq mədəniyyət və incəsənət bağlarının gücləndirilməsi məqsədi ilə təşkil olunur.

“Müsabiqəyə təqdim ediləcək əsərlərin dili türkcədir. Şeirlər vəznli və ya vəznsiz ola bilər. Hər bir iştirakçı ancaq bir şeirlə təmsil oluna bilər. Mövzu sərbəstdir. Əsərlər ən çox 2 A4 həcmində olmalıdır.  Təqdim olunan əsər əvvəllər heç yerdə dərc olunmamalıdır. Əks halda, yer tutsa da, nəticəsi ləğv ediləcək. Əsərlər sağ üst küncündə ləqəb yazılmış halda təqdim olunmalıdır. İstirakçılar adının, soyadının, tərcümeyi-halının, ünvanının, ləqəbinin, telefon nömrəsinin və fotosunun olduğu sənədi təqdim etməlidir. Əsərlər kompüterdə, Times New Roman, 12 ölçüsündə və 1.0 sətir aralığında yazılmış olmalıdır. Müsabiqəyə təqdim olunan əsərlər dala qaytarılmayacaq və müəllif hüquqları “Güfte edebiyyat” da olacaq. Şərtnamədə qeyd olunmamış məqamlarla əlaqədar yaranan fikir ayrılıqlarında təşkilat komitəsinin qərarları əsasdır”, – deyə A. İbrahimova şərtləri açıqlayıb.

Qeyd edilib ki, seçim münsif heyətində Fikrət Yazıçıoğlu, İdris Gürdal, Mehmet Özcan Yasdıbaş, Rabiyə Ruşid, Ülviyyə Əbülfəzqızı, final heyətində isə Prof. Dr. Abdullah Şəngül,. Talat Ülkər, Celaləddin Kurt, Ali Saçıkara, Sündüs Arslan Akça, Mahmut Hasgül və Aysel Xanlarqızı Səfərlinin yer aldığı müsabiqəyə şeirlərin son təqdim edilmə müddəti cari ilin 15 oktyabrı təyin edilib.

15 oktyabr-5 noyabr tarixlərində  seçim turu, 5 noyabr-5 dekabr tarixlərində isə final mərhələsi keçiriləcək. Nəticələr isə dekabr 10-da açıqlanacaq.

Dekabrın 24-də isə mükafatlandırma mərasiminin keçiriləcəyi bildirilib.

Qaliblərin 3 yer üzrə təyin olunacağı və 1-ci yerin 5000 TL, 2-ci yerin 3000 TL, 3-cü yerin isə 2000 TL mükafat alacağı vurğulanıb.

Həvəsləndirici mükafatın isə 1000 TL olduğu qeyd edilib.

Müraciət: [email protected]