“Məlumatlar var, Qarabağda toqquşma olacaq”

“İlin sonuna kimi Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün var gücümlə çalışacağam”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirilən mətbuat konfransında qeyd edib.

“Biz fevralın 14-də sülh müqaviləsi ilə bağlı sənədi Azərbaycana göndərmişdik, ertəsi gün Münxendə mən müqaviləni imzalamağa hazır idim. Amma Azərbaycan sənədin o versiyası ilə razılaşmadı. Biz iki ölkə arasında sülh sazişinin imzalanmasına hazırıq. İlin sonuna kimi bunu bacarsaq, əla olar”, – baş nazir bildirib.

N.Paşinyan Qarabağda eskalasiya ehtimalının çox yüksək olduğunu deyib:

“Bunu Bakının “aqressiv” ritorikası sübut edir. Bununla yanaşı bəzi başqa məlumatlar da var. Beynəlxalq aləm yeni eskalasiya təhlükəsini yüksək səviyyədə bəyan etməlidir”.

Ayşən Mustafa
Globalinfo.az