0de75f16 fe93 3841 95c7 cff515526887 850

Xəzər dənizində 5,6 maqnitudada baş verən zəlzələ Bakıda ciddi narahatlığa səbəb olub. 

Globalinfo.az xəbər verir ki, yeraltı təkanların təkrarlanma ehtimalına görə paytaxt məktəblilərinin evə göndərildiyi deyilir. Bu haqda alideynlər sosial şəbəkələrdə məlumat paylaşıb.

Məlumata görə, səhər məktəbələrə gedən şagirdlərə tədbir məqsədilə evə dönmələrinin tapşırılıb.

Həmçinin Bakıda hündürmərtəbəli binalarda və plazalarda çalışan şəxslərin də rəhbərlik tərəfindən geri qaytarıldığı, təhlükə ehtimalına görə binaya daxil olmamalarının deyildiyi bildirilir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: