Məktəblərdə payız tətili başlayır

Noyabrın 16-dan 2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrində beşgünlük payız tətili başlayacaq. 

Bu barədə Globalinfo.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 66 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında qanuna əsasən məktəblərdə payız tətilinin günləri 16-20 noyabr – 5 gün olmaqla əhatə edir.