raul 1

Xəbər verdiyimiz kimi, bu gün Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə qətlə yetirilib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən bildirir ki, hadisəni törədən şəxs də məktəblidir. Qətlin məktəblilər arasında yaranmış mübahisə zəminində baş verdiyi iddia edilir.

Raul Rəhimov ailənin 2 oğul övladından biri olub. Onun böyük qardaşı Gəncədəki universitetlərdən birində təhsil alır.

Hazırda cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində prokurorluq və polis əməkdaşları tərəfindən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri aparılır.

Qətlə yetirilən 11-ci sinif şagirdinin fotolarını təqdim edirik:

316424502 662725101928877 8810555257167585089 n
345449585 785834989776163 7226986460368209107 n
347435575 798283261706393 7151298932240885365 n
320191445 861168171703334 5751846535379178111 n

Paylaş: