surucu 44

Qaradağ rayonu Qobu qəsəbəsində məktəbin qarşısında maşını saxlayaraq digər nəqliyyat vasitələrinin hərəkətinə mane olan sürücü saxlanılıb.

Globalinfo.az xəbər verir ki, ərazidə xidmət aparan polis əməkdaşları, sürücü, Füzuli rayon sakini 65 yaşlı S.Dadaşovdan sürüb getməsini tələb etsə də, o buna məhəl qoymayıb. 1 nəfər sərnişin götürəcəyini deyən taksi sürücüsü aqressiv şəkildə müqavimət göstərərək hərəkəti iflic edib. O, saxlanılaraq barəsində protokol tərtib edilib.

Qaradağ rayon məhkəməsinin qərarı ilə sürücü 200 manat cərimə edilib.

Malik
Globalinfo.az

Paylaş: