144d35ac 4a38 31c3 b205 c56ba2813f5f 850 1 1

Meksikanın Azərbaycandakı yeni səfiri Viktoriya Romero Bakıya gəlib.

Səfirliyin mətbuat xidmətindən Globalinfo.az-a verilən məlumata görə, Viktoriya Romero etimadnaməsinin surətini Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi Ramil Rzayevə təqdim edib.

Görüş zamanı tərəflər Azərbaycan ilə Meksika arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.

Xatırladaq ki, V.Romerodan əvvəl Meksikanın ölkəmizdəki diplomatik missiyasına Rodriqo Labardini rəhbərlik edib.

Paylaş: