Meksikada futbolçu oyun vaxtı infarktdan öldü

Meksikanın Oaxaka ştatının Santa Lusiya del Kamino şəhərində həvəskar komandalar arasında keçirilən matçda faciə baş verib.

Globalinfo.az bildirir ki, “Report”un məlumatına görə, matçın gedişində Raul Reyes adlı futbolçu huşunu itirərək, yerə yıxılıb. Həkimlər ilkin tibbi yardım üçün dərhal meydana daxil olsalar da, oyunçunun həyatını xilas etmək mümkün olmayıb.

Onun infarktdan dünyasını dəyişdiyi bildirilib. Həmçinin, futbolçunun astma xəstəliyindən əziyyət çəkdiyi qeyd olunub.