owl detail 620 79acd78245757f931ed69d45d2d7b2bf

HƏMAS Qəzzada insanları öldürməyə davam etsə, Vaşinqton radikal qrupu məhv etmək əməliyyatını nəzərdən keçirməli olacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında məlumat paylaşıb.

“Əgər HƏMAS Qəzzada insanları öldürməyə davam edərsə – bu razılaşmanın bir hissəsi deyildi, bizim içəri girib onları öldürməkdən başqa çarəmiz qalmayacaq”.

Qeyd edək ki, İsrail və HƏMAS arasında atəşkəs oktyabrın 10-da (yerli vaxtla) qüvvəyə minib. Razılaşmanın icrası çərçivəsində HƏMAS oktyabrın 13-də 20 israilli girovu azad edib.

Tahir Turan
Globalinfo.az

Paylaş: