WhatsApp Image 2025 12 04 at 16.11.53 1

Sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızı Suad Qarayevanın çəkdiyi “Məhsəti” qısametrajlı filmi ətrafında qalmaqal böyüyür. Bakı Film Festivalında nümayişinə qadağa qoyulan ekran işində XII əsr Azərbaycan şairi Məhsəti Gəncəvinin “əxlaqsız qadın” kimi təqdim olunduğu deyilir. Suad Qarayeva isə iddialarla razılaşmır və filmin “Məhsəti Gəncəvinin hekayəsinə çağdaş baxış” olduğunu bildirir.

Məhsəti Gəncəvi haqqında çoxsaylı elmi araşdırmaların müəllifi olan akademik, deputat Rafael Hüseynov Globalinfo.az-a deyib ki, “Azərbaycantelefilm”də Məhsəti haqqında 12 il əvvəl çəkilən ikihissəli ekran işində xanım şairlə bağlı hər sualın cavabı var:

“Böyük Səlcuqlar dönəminin ən qüdrətli mütəfəkkir şairlərindən olan Fəridəddin ibn Məhəmməd Əttar Nişapuri müsəlman şərqində təsəvvüf ədəbiyyatının ən misilsiz örnəklərindən sayılan  6500 beytlik “İlahinamə” məsnəvisində Məhsətini “Pak cövhər” deyə təqdim edirdi, Sultan Səncər sarayında yüksək ehtirama malik olmasını, “dəbir” məqamına ucaldığını xəbər verirdi. Köhnə və sınanmış həqiqətdir – “Axar su murdar götürməz!” Doqquz əsrdir ki, Məhsəti və onun söz dünyası bizimlədir, saf mənəviyyat çayı kimi Şərqin ruhundan axıb keçir.

Müasirlərinin müqəddsəs hesab etdikləri, sayğı ilə “şeyx”, “mövlana”, “həkim” adlandıdıqları, tarixdə ədalətli münsiflər kimi qalan zirvə şəxsiyyətlərin “pak”, “üstün mənəviyyat və zəka sahibi”, “zahiri və batini gözəlliklərin məcmusu” saydıqları Məhsəti Gəncəviyə mahiyyəti bulaşıqların çirkab atması 9 əsrdən bəri axıb gələn saflıq çayına neylər?! Əlbəttə ki, o möhtəşəm çayı əsla bulaya bilməz, yalnız ürək bulandırar.

rafaelllooo

Rafael Hüseynov

Millətin, əsrlərin sınağından keçərək dəyərə çevrilmiş şəxsiyyətləri və irsi yalnız sərvətimiz deyil, milli namusumuzdur. Hansı qeyrətli vətəndaş namusuna kəc baxılmasına susar?! Susarsan, yenə edərlər. Susdurarsan yerlərini anlayar və sonra qımıldanmağa cürət etməzlər! “Müzəffər xalq” adını başacan daşımaq istəyiriksə, gərək beləcə barışmaz, bizə qarşı haqsızlıqlara və həqarətlərə səbretməz olaq! “Azərbaycantelefilm”də Məhsəti haqda çəkilmiş ekran işində bildirilir ki, böyük şairənin əsl adı Mənicə idi, Məhsəti isə təxəllüsü olub.

“Köhnə lüğətlərdə “Məhsəti” sözünün bir neçə mənası göstərilir. Onlardan ikisi şairəyə daha çox yaraşır: “Böyük xanım”, “Ay xanım”. 8 əsrdən artıq keçən zamanda Yaxın və Orta Şərqdə, o cümlədən Azərbaycanda şeir aləmində çox şairə parlayıb. Amma Məhsəti Gəncəvi daimi birinciliyini qoruyub saxlayıb və “böyük” xanım olaraq qalıb”. Filmdə Məhsəti Gəncəvi ilə bağlı xeyli sayda əlyazma nümunələri göstərilir”.

Rafael Hüseynov qeyd edir ki, bu əlyazmaların saralmış vərəqlərində keçmişin çox sirləri yatır:

“Məhsəti Gəncəvinin 8 əsr o tayında qalmış həyatının neçə müşkül məqamına da bu əlyazmalar aydınlıq gətirir. Əlyazmaların birində yazılıb ki, Məhsəti Gəncə kübarzadələrindən idi. Deməli, o, əsil-nəcabətli bir nəsildən imiş”.

Ləman İmran
Globalinfo.az

Paylaş: