4feb6ff6 12cf 3c52 9ce3 56e944147e2c 850

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Rus Pravoslav kilsəsinin I dərəcəli “Müqəddəs Knyaginya Olqa” ordenini Azərbaycanın Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təqdim edib.

Globalinfo.az xəbər verir ki, orden Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillə görüşündə təqdim olunub.

Qeyd edək ki, Azərbaycanın birinci xanımı bu ordenə cəmiyyətdə ənənəvi dəyərlərin qorunub saxlanmasına, mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına verdiyi töhfələrə görə Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin fərmanına əsasən layiq görülüb.

Birinci xanım Mehriban Əliyeva göstərilən diqqətə görə minnətdarlığını bildirib.

ebeb1592 8227 379b 8748 6ed092d66603 IMG 20250503 225112 206 IMG 20250503 225057 868 IMG 20250503 225055 592

Paylaş: