1681242765 afac6ec8 f079 3260 a22a 1096a803112d 850 1

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə aprelin 11-də Xəzər rayonunda iftar süfrəsi açılıb.

Globalinfo.az xəbər verir ki, tədbirdə Qurandan ayələr oxunub, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz ruhuna dualar edilib, Ramazan ayının fəzilətlərindən və savablarından danışılıb.

Vətən müharibəsi şəhidi Ramin Yusifzadənin anası Reyhan Yusifova, Aprel döyüşlərinin və Vətən müharibəsinin iştirakçısı, ehtiyatda olan zabit Emil Həsənov Azərbaycan dövlətinin şəhid ailələrinə, aztəminatlı ailələrin üzvlərinə, qazilərə diqqət və qayğısından danışıb, minnətdarlıqlarını bildiriblər. Qeyd edilib ki, bu qəbildən olan şəxslər daim Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısı ilə əhatə olunublar. Belə tədbirlərin təşkili də məhz bu diqqət və qayğının, mənəvi dəstəyin bir ifadəsidir.

1681242765 cc302881 8fa5 3384 a60c 7cfa1633910b 1681242765 c55d5496 2aef 325e 95a7 205e6a36a4fd 1681242765 afac6ec8 f079 3260 a22a 1096a803112d 850 1681242765 286a7750 f1cf 350f 85f4 c5371d7fb9ba 1681242765 648ac042 2d5a 37b1 b40c 0cdc768b6b6c 1681242765 aa075218 111d 3b93 a7d7 c9ea664293a4 1681242765 85dbb1c9 6bf2 395b 88ea f9cf510304ff 1681242765 186c9317 95b2 3442 ba05 57358e368b87

Paylaş: