Mehriban Əliyeva Rəcəb Tayyib Ərdoğanı təbrik edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyədə keçirilən prezident seçkiləri münasibətilə Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanı təbrik edib. 

Globalinfo.az xəbər verir ki, Mehriban Əliyeva bununla bağlı tvitter səhifəsində paylaşım edib:

“Сənab Rəcəb Tayyib Ərdoğanı və əziz bacım Əminə xanımı qələbə münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Qoy xalqlarımızın qardaşlığı əbədi və sarsılmaz olsun! Bütün Türkiyə xalqına möhkəm cansağlığı, xoşbəxtlik və sülh arzu edirəm. Uca Allah Azərbaycanı və Türkiyəni qorusun!”