68f2672d0378268f2672d03783176071658868f2672d0377f68f2672d03781 8

Oktyabrın 17-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, görüşdə qubernatorluğun prezidenti Raffaella Petrini Heydər Əliyev Fondunun Vatikanda həyata keçirdiyi layihələrə görə Azərbaycan dövlətinə dərin və səmimi təşəkkürünü bildirib. Rahibə Raffaella Petrini Azərbaycanın Birinci vitse-prezidentinin Müqəddəs Taxt-Taca səfərlərini yüksək qiymətləndirərək, Mehriban Əliyevanın qarşılıqlı anlaşmanın, dinlərarası dialoqun və mədəni əlaqələrin inkişafına göstərdiyi dəyərli dəstəyə görə minnətdarlığını bildirib. O qeyd edib ki, belə təşəbbüslər xalqlar arasında dostluğun, qarşılıqlı anlaşmanın və mehriban münasibətlərin formalaşmasına xidmət edir.

Birinci vitse-prezident Mehriban Əliyeva səmimi qəbula və göstərilən diqqətə görə Vatikan dövlətinin qubernatorluğuna minnətdarlığını ifadə edib. Mehriban Əliyeva rahibə Raffaella Petrinini Bakıya rəsmi səfərə dəvət edərək, Azərbaycanla Vatikan arasında əməkdaşlığın yeni istiqamətlərdə genişləndirilməsinin vacibliyini vurğulayıb. Rafaella Petrini dəvətini məmnunluq hissi ilə qəbul edərək, yaxın zamanlarda Azərbaycana səfər etmək niyyətində olduğunu bildirib.

Qarşılıqlı hörmət şəraitində keçən görüşdə Azərbaycan ilə Vatikanın qubernatorluğu arasında mədəni, dini və humanitar sahələrdə praktiki əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

1 41 68f29bf8ae99468f29bf8ae995176073010468f29bf8ae99168f29bf8ae993 68f29bf85af5968f29bf85af5a176073010468f29bf85af5768f29bf85af58 68f29bf86ee8468f29bf86ee85176073010468f29bf86ee8268f29bf86ee83 68f29bf87a9a868f29bf87a9a9176073010468f29bf87a9a668f29bf87a9a7 68f29bf864e6d68f29bf864e6e176073010468f29bf864e6a68f29bf864e6c 68f29bf899c7968f29bf899c7a176073010468f29bf899c7768f29bf899c78 68f29bf8857c268f29bf8857c3176073010468f29bf8857c068f29bf8857c1 68f29bf89048e68f29bf89048f176073010468f29bf89048c68f29bf89048d

Paylaş: