Mehman Hüseynov Erkin Qədirli ilə bağlı müəmmaya aydınlıq gətirdi – Özəl açıqlama (VİDEO)

“Erkin Qədirlinin içkili halda açıqlama verməsi xəbəri tamamilə yanlışdır”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında bloger Mehman Hüseynov deyib.

O bildirib ki, deputatın həmin an içkili olması mümkün deyildi:

“Çəkiliş Fransada, Avropa Şurasının binasında olub. Bir neçə deputatla bərabər Erkin Qədirli də Azərbaycanı təmsil edirdi. Ona görə də, qeyri-mümkündür ki, orada içkili olsun. Adam tam anlaqlı vəziyyətdə idi”.

Bloger deyib ki, 49 saniyəlik bir videodur və montaj olunmayıb:

“Bu, geniş müsahibə və öncədən planlaşdırılmış bir veriliş deyildi. Erkin bəylə də danışdıq ki, sual çəkiliş zamanı verilsin. Kameranı açıb sualı vermişəm, o da cavablandırıb”.

Qeyd edək ki, bloger M.Hüseynov millət vəkili E.Qədirlidən hansı deputat demokratik seçki ilə mandat qazanıb deyə soruşub. Erkin Qədirli isə “Heç mən özüm demokratik yolla deputat seçilməmişəm” deyə cavab verib. Görüntülər yayıldıqdan sonra, bir çoxları E.Qədirlinin içkili olduğunu bildirib.

Zaira Akifqızı
Globalinfo.az