Məhkəmə sədri dünyasını dəyişdi – FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyev vəfat edib.

Globalinfo.az bildirir ki, bu barədə məhkəmədən məlumat verilib.

Bildirilib ki, o, bu gün səhər saatlarında ürək tutmasından 65 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, M.Nəbiyev 1957-ci ildə anadan olub. O, 2000-ci ildən Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin sədri, 2011-ci ildən isə Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri vəzifəsində çalışıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri vəfat etdi