Apellyasiya Məhkəməsi vəkillərin Erməni Apostol Kilsəsinin Şirak Yeparxiyasının rəhbəri Mikael Ajapaxyanın şikayətini təmin etməyib.
Globalinfo.az xəbər verir ki, Ajapaxyanın vəkilləri ya həbsin ləğv edilməsi, ya da alternativ həbs-qətimkan tədbirinin tətbiqi barədə vəsatət qaldırıblar.
“Hakim Vaçe Markaryan arxiyepiskopun həbsi ilə bağlı müdafiə tərəfinin apellyasiya şikayətini rədd etdi”, – vəkillərin bəyanatında deyilir.
Vəkillər onu da bildiriblər ki, məhkəmənin hazırlıq iclaslarında Ajapaxyan barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsi müzakirə olunacaq.
Əliyar Xəlil