Mehdiyevin qardaşından Rəşad Dağlı barədə gözlənilməz açıqlama – VİDEO

“Rəşad elə insan deyil, hadisədir olub”.

Globalinfo.az bildirir ki, bu sözləri meyxanaçı Rəşad Dağlı tərəfindən qətlə yetirilən İsgəndər Mehdiyevin qardaşı Baku.vs-ə açıqlamasında deyib.

O, hadisədən sonra Rəşad Dağlının evinə getmədiyini, onunla danışmadığını vurğulayıb. İ.Mehdiyevin qardaşı mərhumun subay olduğunu bildirib.

Qeyd edək ki, meyxanaçı Rəşad Dağlı 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi bıçaqlayaraq qətlə yetirib. Hadisəyə İsgəndərin Rəşad Dağlının arxasınca söyüş söyməsinin səbəb olduğu deyilir.

Gülnar Səlimova, Globalinfo.az