nigar mehdiyeva 1

Ramiz Mehdiyevin Azərbaycan Tibb Universitetinin (ATU) Onkologiya Klinikasında müalicə işləri üzrə direktor müavini və II cərrahiyyə şöbəsinin müdiri, bölmə rəhbəri vəzifələrini icra ediən gəlini Nigar Mehdiyeva işə çıxmır.

Bu barədə Globalinfo.az-a klinikadan məlumat verilib.

“Nigar xanım hazırda xəstədir, işə gəlmir. Onun pasiyentlərini başqa həkimə yönləndiririk. Sağaldıqdan sonra işə qayıdacaq”, – klinikadan bildirilib.

Xatırladaq ki, Nigar Mehdiyeva həmin vəzifəyə illər öncə ATU-nun rektoru olmuş deputat Əhliman Əmiraslanov tərəfindən təyin edilib. Hətta onun dəstəyi ilə Mehdiyevin gəlininə dosent adı verilib. Bildirilir ki, “naməlum” səbəblərdən Onkologiya Klinikasında icra olunan bahalı süd vəzi əməliyyatlarını məhz Nigar Mehdiyeva həyata keçirir.

N.Mehdiyevanın vəzifəyə təyinatında adı hallanan deputat Əhliman Əmiraslanovla əlaqə saxlamağa çalışdıq, lakin zənglərimiz cavabsız qaldı.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: