WhatsApp Image 2023 11 13 at 17.02.53

İranın Ermənistandakı səfiri Mehdi Sübhani Zəngəzur bölgəsinə səfər etməyə hazırlaşır.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə səfirin Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyanla görüşdə razılıq əldə edilib.

Tərəflər regiona birgə getmək, yolun, eləcə də üçüncü İran-Ermənistan elektrik ötürücü xəttinin tikintisinin gedişatına nəzarət etmək barədə razılaşıblar.

Görüşdə M.Sübhani Ermənistanla geniş əməkdaşlıq gündəliyinin və mövcud tərəfdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu da vurğulayıb.

Paylaş: