Mina xəritəsini Bakıya vermədi, kömək təklif etdi

“Ermənistan məhbusların, saxlanılanların “hər kəs üçün” prinsipi əsasında qarşılıqlı şəkildə azadlığa buraxılmasına razıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Parlamentinin plenar iclasında çıxışı zamanı deyib.

“O cümlədən itkin düşmüş şəxslərin taleyinin araşdırılması üçün də əməkdaşlığa hazırıq. Hazırda 1016 Ermənistan vətəndaşı itkin düşmüş hesab olunur.

Biz Azərbaycan tərəfi ilə minatəmizləmədə də əməkdaşlıq edə bilərik”, – Paşinyan bildirib.

Qeyd edək ki, Ermənistan dəqiq mina xəritələrini Bakıya verməkdən hər zaman imtina edib.

Əliyar Xəlil
Globalinfo.az