Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini, Vahid Rusiya Partiyasının sədri Dmitri Medvedev Moskvaya nə vaxt və kimin dəvəti ilə gəldiyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, Dmitri Medvedev Vladimir Putinin onu 1999-cu ildə Moskvaya dəvət etdiyini deyib. Beləcə Medvedyev Sankt-Peterburqdan Moskvaya köçüb:
“Vladimir Vladimiroviç Putindən 1999-cu ildə təklif gəldi. Mən təbii ki, bu halda elmi və pedaqoji karyeramın başa çatacağını anlayırdım. Sankt-Peterburqdan nə qədər müddətə getdiyimi bilmirdim. Bu, mənim üçün heç də asan seçim deyildi”.
Medvedev universiteti tərk etdiyinə görə çox kədərləndiyini deyib, lakin bu qərarın verilməsinin vacibliyini diqqətə çatdırıb:
“Hər dəfə universitetə gələndə ürəyimin sürətlə döyündüyünü və həyəcanlandığımı hiss edirəm. İstənilən halda bu dövr mənim üçün artıq geridə qalıb. Buna həm sevinir, həm də qismən təəssüflənirəm”.
Əliyar Xəlil
Globalinfo.az