Medvedyev bu ölkəni “müvəqqəti işğal edilmiş” adlandırdı

“Qlobal konfliktdə Rusiyanın yox, NATO ölkələrinin siyasəti iflasa uğrayıb”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev Emmanuel Makronun “Rusiya Ukraynaya qarşı müharibəni geosiyasi mənada uduzub” açıqlamasını şərh edərkən deyib.

Onun sözlərinə görə, NATO ölkələri bir il əvvəl Rusiyanın təhlükəsizlik zəmanəti məsələsi barədə çağırışlarını eşitmədi:

“İndi bütün NATO ölkələri hər səhər Rusiya haqqında fikirlərlə oyanırlar. Üstəlik, bəziləri xüsusi olaraq qorxaqdırlar və fantom ağrılardan əziyyət çəkirlər. Məsələn, “müvəqqəti işğal edilmiş Polşa və bizim Baltikyanı ölkələr” özlərini məhv ediblər”.

Medvedyev Fransanı ABŞ-dan asılılıqda ittiham edərək, onun öz iqtisadiyyatı və əhalisinə zərər vurduğunu söyləyib.

İlkin Həsənov
Globalinfo.az