Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ölkədə səfərbərlik hazırlıqları ilə bağlı yayılan iddiaların əsassız olduğunu bildirib.
Globalinfo.az xəbər verir ki, onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətə olan tələbatı müqavilə əsasında hərbi xidmətə qəbul hesabına tam qarşılanır.
Medvedev qeyd edib ki, 2026-cı ilin ilk altı ayında təxminən 200 min nəfər Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb, əlavə olaraq isə 16 mindən çox könüllü müxtəlif hərbi bölmələrə qoşularaq əməliyyat zonasına göndərilib.
O, Rusiyada yeni səfərbərlik hazırlanması barədə yayılan xəbərləri “dezinformasiya kampaniyası” adlandıraraq, bu cür məlumatların ictimai rəyi çaşdırmaq məqsədi daşıdığını iddia edib.
Medvedev həmçinin vurğulayıb ki, bu mövzuda yayılan məlumatlar qarşıdan gələn Dövlət Duması seçkiləri ərəfəsində aparılan informasiya mübarizəsinin bir hissəsidir.
Tahir Turan
Globalinfo.az