Medvedevdən Paşinyan və arvadı haqda inanılmaz sözlər

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin Ermənistan baş naziri Nikol Paşinyanla bağlı paylaşımı diqqət çəkib. 

Globalinfo.az xəbər verir ki, Medvedev Paşinyanın Rusiyadan üz çevirərək Qərbə söykənmə niyyətini xatırladıb.

“Bir gün bizə qardaş ölkələrin birindən olan həmkarım (Paşinyanı nəzərdə tutur – red.) mənə dedi ki, “sənə yadam, ona görə məni qəbul etməyəcəksən”. Mən isə cavabında bizim tərcümeyi-hala deyil, hərəkətlərə görə mühakimə yürütdüyümüzü bildirdim. Sonra o müharibəni uduzdu və qəribə bir şəkildə vəzifəsində qalmağı bacardı. Lakin məğlubiyyətində Rusiyanı günahlandırmaq qərarına gəldi. Daha sonra isə torpaqların bir qismindən əl çəkdi. Bir müddət NATO ilə oyun oynadı, həyat yoldaşı  (Anna Akopyan – red.) nümayişkaranə şəkildə əlində peçenye düşmənlərimizin yanına getdi. Onun aqibətinin necə olacağını siz təsəvvür edin”.

Ayşən Mustafa
Globalinfo.az