Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ Dövlət Departamentinin X sosial şəbəkəsindəki açıqlamasına cavab verib.
Globalinfo.az xəbər verir ki, Medvedev ingilis dilində “Rusiya ilə oyun oynamayın” başlığı altında şəkil paylaşaraq həmvətənlərinə Milad bayramı təbrikini çatdırıb.
Medvedevin paylaşımında deyilir: “Milad bayramınız mübarək, Rusiya dünyası!”
Qeyd edək ki, bundan əvvəl ABŞ Dövlət Departamenti digər ölkələri prezident Donald Trampla “oyun oynamamağa” çağırmışdı. Departamentin X sosial media hesablarında Donald Tramp və dövlət katibi Marko Rubionun ağ-qara fotoşəkili ilə yanaşı, rus və ərəb dillərində paylaşımlar yayımlanmışdı.
Tahir Turan
Globalinfo.az