“ABŞ Prezidenti Donald Trampın reytinqi “dərin dövlət”ə müqaviməti səbəbindən aşağı düşür”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
O, ABŞ Senatının Rusiyaya qarşı növbəti sarsıdıcı sanksiyalar tətbiq etməyə hazırlaşdığını söyləyib.
“Gəlin görək yeni administrasiya necə cavab verəcək. Trampın reytinqi aşağı düşüb, “dərin dövlət” ona sərt müqavimət göstərir”, – Medvedev bildirib.
Qeyd edək ki, hazırda Vaşinqtonda Donald Trampa qarşı impiçment prosesinin başladılması müzakirə edilir.
Ayşən Mustafa
Globalinfo.az