Ötən gün İranın mərhum ali rəhbəri Ayətullah Seyid Əli Xameneinin dəfn mərasimində iştirak edənlərdən biri də Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev olub.
Globalinfo.az xəbər verir ki, Medvedev daha sonra İran Prezidenti Məsud Pezeşkianla görüşüb.
Kreml rəsmisi Pezeşkianla söhbətində İranla ABŞ arasında əldə olunan razılaşmanı dəyərləndirib:
“Anlaşma Memorandumu gələcək danışıqlar üçün zəmin yaradır. Sənədlər də artıq hazırdır, yekun razılaşmaya nail olmaq üçün nəzərdə tutulan son tarix isə başa çatıb. Düzünü desəm, prosesin son dərəcə mürəkkəb olacağını düşünürəm. Məsələn, İranın yenidən qurulması üçün vəsait ayrılması da daxil olmaqla bir sıra məsələlərdə razılığa gəlmək çətin olacaq. Lakin Hörmüz boğazı da İran üçün nüvə silahından heç də geri qalmayan bir silah oldu”.
Əliyar Xəlil
Globalinfo.az