Medianın İnkişafı Agentliyinin nümayəndələri Heydər Əliyevin məzarını ziyarət etdi – FOTO

Medianın İnkişafı Agentliyinin nümayəndələri və kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Globalinfo.az xəbər verir ki, dekabrın 12-də Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabana gələrək, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə gül dəstələri düzüblər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.