MEDİA-nın təşkilatçılığı ilə təlimlər keçirildi – FOTO

1000037228

Oktyabrın 24-də Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Qərb bölgəsində fəaliyyət göstərən region mediası subyektlərinin nümayəndələrinin iştirakı ilə Gəncə şəhərində görüş keçirilib, müxtəlif mövzularda təlimlər təşkil olunub.

Globalinfo.az xəbər verir ki, tədbirdə açılış nitqi ilə Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli çıxış edib.

O qeyd edib ki, MEDİA Agentliyi tərəfindən region mediasının ümumi vəziyyəti, mümkün inkişaf perspektivləri daim diqqət mərkəzində saxlanılır, regionlarda çalışan media nümayəndələri üçün təlimlər keçilir, qarşılıqlı təcrübə mübadiləsi məqsədilə səfərlər təşkil olunur, fikir mübadilələri aparılır. O, həmçinin vurğulayıb ki, bugünədək bir çox regionlarda icra olunan “Regional Medianın İnkişafı” layihəsi əhəmiyyətli nəticələrlə yadda qalıb.

Regionlara daha öncə təşkil edilən səfər və görüşlər nəticəsində  hazırlanan diaqnostik icmalda keçirilməsi nəzərdə tutulan inkişaf proqramları çərçivəsində Agentliyin Hüquq şöbəsinin müdiri Adil Tağıyev “Azərbaycanda media mühitinin hüquqi tənzimlənməsinin yeni mexanizmləri”, Media təhlil şöbəsinin müdiri Səbinə Seyidova isə “Sosial mediada jurnalistlərin peşə davranış qaydaları” mövzusunda təqdimatlarla çıxış ediblər.

Region gənclərinin iştirakı ilə keçirilən təlimdə isə Agentliyin Media dəstək layihələri, strateji planlaşdırma və informasiya texnologiyaları departamentinin direktoru Ləman İsgəndərova “Media savadlılığı” mövzusunda çıxış edib, sonda gənclərə təlimdə fəal iştiraka görə sertifikatlar təqdim olunub.

 

b5f1849a 8bc3 42ef 9869 ac7931fbec5a
f1789f6a 8324 4b70 b1e4 d9ffbbf21f5b
fe10e057 c94d 47ff b34b 030c7525f7c2
fc466992 3a23 4115 ac69 6f506bed89de