MEDİA-nın məhkəməyə verdiyi saytın fəaliyyəti dayandırıldı

mehkeme1675265220

Medianın İnkişafı Agentliyi (MEDİA) “Anaxeber.info” saytının bloklanması ilə bağlı iddiası əsasında məhkəmə prosesi keçirilib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Gəncə Apellyasiya Məhkəməsində hakim Rəşad Mamedovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

Qərara əsasən, MEDİA-nın iddiası təmin edilib, saytın fəaliyyətinin dayandırılması barədə qərar çıxarılıb.

Qeyd edək ki, sözügedən saytın Media Reyestrində qeydiyyatı olmayıb.