Hazırda təqaüddə olan polis general-mayoru Nazim Əliyevin özünə dəbdəbəli toy etməsi böyük rezonans doğurub. Özündən 35 yaş kiçik xanımla ailə quran generalın toy görüntülərinə minlərlə sosial şəbəkə istifadəçisi fərqli-fərqli fikirlər yazıb.
Globalinfo.az Gununsesi.info-ya istinadən bildirir ki, onların arasında Prezidentin Təhlükəsizlik Şurası katibinin müavini general-polkovnik Mədət Quliyev də var.
M.Quliyev sözügedən toydan görüntülərə “Allah hamını xoşbəxt eləsin. Hamı həyatda rahatlığını tapsın” yazıb.