medetqu

“Ulu Öndər mənə dedi ki, insanda ən vacib keyfiyyət sədaqətdir”.

Globalinfo.az xəbər verir ki, bunu müdafiə sənayesi naziri Mədət Quliyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təşkil olunmuş “Tarixin dərsləri” adlı görüşdə Ümummilli Lider Heydər Əliyevlə bağlı xatirələrini danışarkən deyib.

O, Heydər Əliyevlə ilk görüşünü xatırlayıb: “İlk dəfə Ulu Öndərlə görüşəndə məndən soruşdu ki, insanda hansı keyfiyyətlərə qiymət verirsən? Bildirdim ki, gücə, ağıla, savada, qətiyyətə və s. Gənc yaşlarda idim. İllər keçdikdə gördüm ki, həqiqətən də, insan üçün ən vacib keyfiyyət sədaqətdir. İlk dəfə Ulu Öndər Heydər Əliyevlə telefonla danışanda ağır yaralı idim. Xəstəxanada müalicə olunurdum, telefon vasitəsilə əlaqə yaradıldı və dahi şəxsiyyətin səsini eşitdim. İkinci dəfə dekabrın 26-da onunla görüşmüşəm. Mənə dedi ki, sənə Milli Qəhrəman adı verilib. Məni qucaqlayıb öpdü, çox sevinmişdim. Sonra həyatımda bir neçə dəfə Ulu Öndərlə görüşmüşəm. O, daim qəlbimizdədir”.

21619395 d8d3 37bb b17d a05233697b1721619395 d8d3 37bb b17d a05233697b17

Mədət Quliyev bildirib ki, Heydər Əliyevin Azərbaycan üçün etdikləri tarixdir: “Yüz illərlə bu barədə danışılacaq. Hər şey yadında idi və bütün sahələri mükəmməl bilirdi”.

Nazir Ümummilli Liderin həddindən artıq səmimi, dərin və savadlı insan olduğunu vurğulayıb: “Eyni zamanda sədaqətli və qətiyyətli idi. Azərbaycan Ulu Öndərin siyasətini davam etdirdi, ordusunu gücləndirdi, iqtisadiyyatını böyütdü. Həyatımın müəyyən hissəsində fikirləşirdim ki, torpağın qayıtmasını görə biləcəyikmi? Əmin idik ki, torpaq bizimdir. Ancaq bəzi dövlətlər erməni torpağı kimi qəbul edirdi. Cənab İlham Əliyevin lazımi gündə Ordusuna “İrəli!” komandası verərək, torpaqları 44 gün ərzində azad etdi. 27 sentyabr həm də mənim doğum günümdür. Ad günündə yuxudan durursan, komanda verilir ki, İrəli! Bundan böyük hədiyyə ola bilməz”.

d75719b3 53e4 3b04 9969 2a8f886ba0f5d75719b3 53e4 3b04 9969 2a8f886ba0f5

M.Quliyev 1988-1993-cü illəri də xatırlayıb: “O dövrdə Azərbaycan Heydər Əliyevsiz qalmışdı, özbaşınalıq yaranmışdı. İnsanlar küçəyə çıxa bilmirdilər. Kreml tərəfindən Ulu Öndərin vəzifədən azad edilməsinin məqsədi var idi. Çünki bundan dərhal sonra Qarabağ müharibəsi başladı. Moskvada oturanlar yaxşı başa düşürdülər ki, Heydər Əliyev nə qədər ki, vəzifədədir, Azərbaycanın parçalanmasına imkan verməz. Həmin vəziyyətdən ölkəni yalnız Ümummilli Lider çıxara bilərdi. İnsanlar meydana çıxaraq Heydər Əliyevin vəzifəyə qayıtmasını tələb edirdilər. Belə vəziyyətdə gəlib Azərbaycana rəhbərlik etmək həm özünün, həm də ailənin həyatını riskə atmaq idi. Ancaq Heydər Əliyev qayıtdıqdan qısa zaman sonra dövlətçiliyin prioritetini, istiqamətləri müəyyən etdi. Ulu Öndər bu vəzifəyə gələndə Azərbaycanın büdcəsi cəmi 10 000 dollar idi. Həmin dövrlərdə işıqlar yanmırdı, insanlar çörək növbəsinə dururdular. Həddən artıq çətin illər idi. 1997-ci ilə kimi vəziyyət stabil deyildi. Ulu Öndərlə görüşdüyüm, onun əlini sıxdığım üçün xoşbəxt insanam. Onun 20-30 il əvvəl dediyi fikirlər bu gün reallığa çevrilir. Heydər Əliyevin təməlini qoyduğu siyasət Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

bc0ba98f 2b54 3b16 90db 9a3a54a98467 321 0a83899e f8b6 3ac3 bad3 562194ebce0a 321

9f55ae86 593b 3b70 920a 7862b4b55cbf 321 b044b14c 3cee 369d a801 ede6ebb092e1 321

Paylaş: