Məcburi köçkünlərin məskunlaşdığı tikili yandı

Ağcabədi şəhərində məcburi köçkünlərin məskunlaşdığı ümumi sahəsi 150 m² olan birmərtəbəli (arakəsmə divarları taxta konstruksiyadan ibarətdir) tikilidə ümumi sahəsi 24 m² olan otağın yanar konstruksiyaları və ev əşyaları, bitişik ümumi sahəsi 16 m² olan otağın arakəsmə divarı 4 m² sahədə və ev əşyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Globalinfo.az-a bildirilib ki, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.