
Göygöl rayonu Gəncə-Şəmkir yolunun 7-ci kilometrliyində yerləşən mebel salonu yanıb.
Globalinfo.az-ın əldə etdiyi məlumata görə, ümumi sahəsi 2100 kv.m olan mebel salonunun yanar konstruksiyaları yanıb.
Salona bitişik digər obyektlər yanğından mühafizə olunub.
Zaira Akifqızı
Globalinfo.az