MDB liderləri Rusiyada görüşəcək

Dekabrın sonunda Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin liderlərinin qeyri-rəsmi zirvə görüşü keçiriləcək.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyası Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov deyib.

“Sizi dekabrın sonunda Sankt-Peterburqda MDB-yə üzv ölkələrin başçılarının qeyri-rəsmi, səmimi görüşünün keçiriləcəyi barədə məlumatlandırıram”, – deyə Y.Uşakov bildirib.