“MDB ölkələrinin bütün rəhbərləri istisnasız olaraq Azərbaycan və Ermənistanrəhbərlərinin tezliklə sülhlə bağlı razılığa gəlməsini arzuladılar”.
Globalinfo.az xəbər verir ki, bunu MDB dövlət başçılarının sammitinin yekunlarına dair brifinqdə Birliyin icraçı katibi Serey Lebedev deyib.
O bildirib ki, MDB-nin dar çərçivədə Cənubi Qafqazda münaqişənin tezliklə nizamlanmasına dair müzakirəsi olub.
“Bütün dövlət başçıları tərəflərə ən qısa zamanda qarşılıqlı razılığa gəlməyi arzuladılar. Hər iki dövlətin liderləri də sülh müqaviləsi ilə bağlı kifayət qədər nikbin proqnozlar verdilər. Bu, mürəkkəb məsələdir, lakin görüşdə hamı sülh prosesinin yaxın gələcəkdə başa çatacağına ümid etdiyini bildirdi. İclasın bütün iştirakçıları sazişin imzalanmasının Cənubi Qafqazda vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdıracağını vurğuladılar. Bunun sayəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi və intensivləşdirilməsi üçün geniş imkanlar açılacağını, nəqliyyat dəhlizlərinin blokdan çıxarılacağını bildirdilər”, – Lebedev vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az