MDB dövlət başçıları qeyri-rəsmi sammitin keçiriləcəyi Peterhofda – FOTO

Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammitdə iştirak edən MDB üzv ölkələrin rəhbərləri Peterhof Dövlət Muzey-Qoruğuna gəliblər.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, MDB dövlət başçılarının ənənəvi qeyri-rəsmi sammiti danışıqlar masası arxasında deyil, Sankt-Peterburqun saray və park kompleksləri ilə tanışlıq zamanı başlayıb.

Liderlər “Böyük Peterhof Sarayı”nı gəzməyi planlaşdırırlar. MDB-nin qeyri-rəsmi sammiti Strelnadakı Konstantinovski sarayında müzakirələrlə başa çatacaq.

Xatırladaq ki, dekabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün Sankt-Peterburqa işgüzar səfərə gedib.