Mayk Conson: “Prioritet Ukraynaya kömək etmək deyil”

“Mənim prioritetim Ukraynaya kömək etmək deyil, Amerikanın cənub sərhədlərindəki problemlərin həllinə nail olmaqdır”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson deyib.

O bildirib ki, ilk növbədə ABŞ-ın ehtiyaclarını təmin etmək lazımdır.

“Mənim prioritetim Ukraynaya kömək üçün vəsait ayırmaq deyil, ölkənin cənub sərhədindəki böhranı həll etməkdir. İlk növbədə Birləşmiş Ştatların ehtiyacları qarşılanmalıdır. Mən prezident Co Baydenə və orada iştirak edən hər kəsə açıq şəkildə bildirdim ki, Nümayəndələr Palatası cənub sərhədlərindəki problemlərin mümkün həll variantlarını axtarır. Biz bununla vaxtında məşğul olacağıq. Çünki bu, fəlakətdir və problemə son qoyulmalıdır”, – Conson vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az