maydan herakti

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bütün üzvləri Ukraynada baş verən Maydan hərəkatından çox narahat idilər. Onlar bu ssenarinin öz ölkələrində təkrar olunmaması üçün müzakirə aparırdılar”.

Globalinfo.az xəbər verir ki, bunu TASS-a açıqlamasında KTMT-nin keçmiş baş katibi Nikolay Bordyuja deyib.

“Prezidentlər 2013-2014-cü illərdə mövzunu müzakirə edirdilər. Hər kəs narahat idi, çünki bizə dost ölkədə dövlət çevrilişi gerçəkləşirdi”, – o bildirib.

Bordyujanın sözlərinə görə, KTMT-nin bütün üzvləri Maydana neqativ münasibət bəsləyirdilər:

Qeyd edək ki, 2014-cü ildə Ukraynada baş verən Maydan inqilabından sonra rusiyayönlü Viktor Yanukoviç ölkəsini tərk edərək Moskvaya qaçmışdı. Bu inqilabdan təxmin 1,5 ay sonra Rusiya Krımı anneksiya etmiş, 3 ay sonra Donbasda separatçılara verdiyi dəstəklə müharibə başlatmışdı. Meydana gələn Donbas müharibəsi isə 2022-ci ildə Ukraynaya genişmiqyaslı Rusiya hücumu ilə nəticələnmişdi.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: