Matevosyan: “Bu anklav və dəhliz məsələsindən qat-qat təhlükəlidir”

“Konstitusiyanın dəyişdirilməsi anklav və dəhliz məsələlərindən qat-qat təhlükəlidir”.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Benyamin Matevosyan deyib.

“Hökumətə yaxın dairələrdən gələn siqnalları nəzərə alaraq biz sadə bir şeyi başa düşürük. Konstitusiyaya dəyişikliklər layihəsində Ermənistanın bitərəf  və bloklara qoşulmayan dövlət olması öz əksini tapacaq. Yəni Ermənistannın ərazisində xarici hərbi qulluqçular olmayacaq. Bu, ilk növbədə Rusiyaya qarşı yönəlib. Hamımız başa düşürük ki, bütün bu addımların məqsədi Rusiyanı regiondan sıxışdırıb çıxarmaqdır. Ancaq bu, bizim üçün fiziki təhlükə yaradacaq. Çünki uzun illər ərazi bütövlüyümüzü təmin edən hərbi-siyasi çətir məhv ediləcək. Bu, Azərbaycan və Türkiyə üçün daha vacib məsələdir”.

Politoloq əlavə edib ki, Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi çox təhlükəli həddə çatır:

“Xüsusən də yaxın günlərdə Sərhəd Xidmətinin baş idarəsi qarşısında aksiyanın keçirilməsi planlaşdırılır. Aksiya təşkilatçıları hakimiyyətlə əl-ələ verib eyni gündəmə xidmət edirlər”, – Matevosyan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az